Hitlerin şlyapası, Evanın libası hərracda satılır

20 Noyabr 2019 18:56 (UTC+04:00)

Almaniyada Hermann Historica hərrac evi Üçüncü reyxin elitasının əşyalarını satışa çıxarıb.

Satışa çıxarılan əşyalar arasında Adolf Hitlerin şlyapası və Eva Braunun libası da var. Hərrac bu gündən Qrasbrunn şəhərində başlayıb. Şlyapa üçün başlanğıc lot 50 min avro təyin edilib.

Qeyd edək ki, satışa, həmçinin, Hitlerin digər əşyaları da təqdim olunub.(qafqazinfo.az)

AzNews.az