Şəhidlərin cənazələrini qaçıran terrorçu ələ keçirildi

20 Noyabr 2019 19:21 (UTC+04:00)

Suriyanın Afrin şəhərində şəhidlərin cənazəsini qaçıran PKK-lı terrorçu Duzyer Kurdi tutulub.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 2018-ci ilin yanvarında “Zeytun budağı” hərəkatı çərçivəsində Afrində şəhid düşən Oğuz Kaan Usta ilə Mehmet Muratdağının meyitləri terrorçular tərəfindən qaçırılmışdı. Hadisədən sonra 11 PKK-lı yaxalansa da, cənazələri traktorla daşıyanın Duzyer Kurdi olduğu təsbit edilmişdi. Kurdi həmin vaxtdan axtarışda olub.

O, Mamaluşağı kəndində yaxalanıb.(qafqazinfo.az)

AzNews.az