Xidmətdə olan yol polisini maşın vurdu

20 Noyabr 2019 19:33 (UTC+04:00)

Salyanda Dövlət Yol Polisi əməkdaşını avtomobil vurub.

Hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Yol Patrul Xidmətinin əməkdaşı Cavadov Şəhriyar Piri oğlu xidmətdə olan zaman onu avtomobil vurub.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az