Elektrik ustasını cərəyan vurub öldürdü

20 Noyabr 2019 21:16 (UTC+04:00)

Cəlilabad rayonunda elektrik ustası bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Xəlilabad kəndində baş verib.

Rayonun Zopun kənd sakini, "Azərişıq" ASC-nin Cənub RETSİ-nin Cəlilabad Elektrik Şəbəkəsində elektrik ustası işləyən, 1990-cı il təvəllüdlü Rəciyev Qurban Ərəstun oğlu Xəlilabad kənd orta məktəbinin yaxınlığında həmin məktəbi elektrik enerjisi ilə təmin edən transformatora daxil olan elektrik naqillərini saxlayan dirəyə çıxaraq təmir işləri ilə əlaqədar kəsdiyi naqilləri bir-birinə bağlayarkən onu elektrik cərəyanı vurub.

Q.Rəciyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

AzNews.az