Məşhur futbolçu “Yuventus”dan gedir

20 Noyabr 2019 23:49 (UTC+04:00)

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mövsümün sonunda klubunu dəyişə bilər.

İspaniyalı həmkarlarımız hücumçunun İtaliya “Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər.

Bildirilir ki, Turin təmsilçisi K.Ronaldunu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıdacaq.

Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki görüşdə əvəzlənməsindən narazı qalan futbolçu matç başa çatmamış stadiondan gedib.

Qeyd edək ki, K.Ronaldu 2003-09-cu illərdə “Mançester Yunayted”də çıxış edib. “Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdir.(apasport.az)

AzNews.az