Azərbaycanda marşrut avtobusu mikroavtobusla toqquşdu: yaralılar var

21 Noyabr 2019 09:26 (UTC+04:00)

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub.

İlkın məlumata görə, 6 nəfər xəsarət alıb.

51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar .

17 yaşlı oğlana yerində yardım edilib.

AzNews.az