Bakıda bu yolda nəqliyyat iflic oldu

21 Noyabr 2019 09:43 (UTC+04:00)

Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti səhər saatlarından etibarən nəqliyyatın hərəkətində ciddi problem yaradıb.

Hazırda şəhərin Qara Qarayev prospekti 1,5 saatdan çoxdur tam olaraq bağlanıb.

Bundan əlavə, Heydər Əliyev (Bakı Hava limanından şəhər istiqamətində, "Koroğlu" metrostansiyası yaxınlığında) və Ziya Bünyadov prospektlərində də ciddi sıxlıq müşahidə olunur.

AzNews.az