Bakı-Sumqayıt yolunda qəza: BMW dəmir arakəsməyə çırpıldı

21 Noyabr 2019 10:29 (UTC+04:00)

Səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Saat 06:45 radələrində Sumqayıtdan Bakıya doğru hərəkət edən BMW markalı avtomobil Abşeron Gənclər Şəhərciyinin qarşısında əsas yolla köməkçi yolu ayıran dəmir arakəsməyə çırpılıb.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət və yağışlı havaya görə sürücünün idarəetməni itirməsi səbəb olub. Qəzaya görə ərazidə böyük tıxac yaranıb.

AzNews.az