Sərkisyandan Bakıya “ismarış”: Qarabağ qayıtmayacaq

21 Noyabr 2019 11:26 (UTC+04:00)

Qarabağın həlli ilə bağlı hazırkı danışıqlar prosesi narahatlıq yaradır.

Bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan Avropa Xalq Partiyasının iclasında çıxışı zamanı deyib.

“İnsan kimi Qarabağın “özünü müdafiə prosesində” şəxsən iştirak etmişəm, mən sülhün dəyərini yaxşı bilirəm. Bu baxımdan hətta pis danışıqlar da müharibədən çox yaxşıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən mübahisəsiz dəstəklənməsinin davam etməsi çox vacibdir.

Təəssüf ki, biz Azərbaycanın necə silahlanmağa davam etməsinin və Qarabağla Ermənistanı təhdid etməsinə şahidlik edirik. İstərdim ki, Bakı yenidən mənim mesajımı eşitsin: Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bu problemin hərbi həlli yoxdur”, – deyə o bildirib. (Axar.az)

AzNews.az