Əminə Dilbazinin 100 illik yubileyi keçiriləcək

21 Noyabr 2019 14:06 (UTC+04:00)

Xalq artisti, mərhum rəqqasə Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunacaq.

AzNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn mərasim dekabrın 16-da Heydər Əliyev Sarayında baş tutacaq.

Yubiley gecəsində Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alaniya), Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edəcəklər.

Bahar RÜSTƏMLİ

AzNews.az