BDU-nun yataqxanasında 3 tələbə qız zəhərləndi: onlardan 1-i öldü - "Ağızlarından qan gəlirdi"

21 Noyabr 2019 14:37 (UTC+04:00)

Səhiyyə Nazirliyi Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, həkimlər Mətbuat prospekti-36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar.

20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Bahar RÜSTƏMLİ

AzNews.az