Bakıda ölən və zəhərlənən tələbələrin kimliyi məlum oldu

21 Noyabr 2019 15:10 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

O, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Zəhərlənən tələbələr isə Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub. Həkimlər Mətbuat prospekti 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Qızların nədən zəhərləndikləri bilinmir.

AzNews.az