Usubov Moskvada həmkarı ilə müqavilə imzaladı

21 Noyabr 2019 16:04 (UTC+04:00)

Moskva şəhərində Azərbaycan və Rusiya Təhlükəsizlik şuraları arasında 2020-2021-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb.

Bu məlumatı “İnterfaks” agentliyi yayıb. Sənədi MDB üzvü Təhlükəsizlik Şurası katiblərinin yeddinci görüşü çərçivəsində Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev imzalayıblar.

Qeyd edək ki, tərəflər arasında son görüş 2019-cu ilin sentyabrında Bakıda baş tutub.

AzNews.az