Hadisə xəyali sevgilisi ilə foto paylaşdı

21 Noyabr 2019 16:17 (UTC+04:00)

“Instagram”dan müntəzəm istifadə edən məhşur türk müğənnisi Hadisə çox danışılan sevgi həyatı ilə bağlı gülməli bir paylaşım edib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, son zamanlarda həm geyimləri, həm də fiziki görünüşü ilə gündəmdən düşməyən Hadisə, ötən gün sevgi suallarına "Sevgilim olmadığını hardan bilirsiniz" deyərək münasibət bildirib.

Bu açıqlamadan sonra “Hadisənin sevgilisi varmı?” sualının cavabı hamını maraqlandırırdı.

Müğənni bu suala gülməli bir cavab verib.

34 yaşlı müğənni “O Səs Türkiyə”nin çəkiliş meydanında bir foto çəkdirərək paylaşıb və başlığa bu sözləri yazıb:

“Xəyalımın məhsulu sevgilimlə dərdləşərkən mən”.

Səidə Vahid

AzNews.az