İrina Şeyk gənc oğlanla hoteldən çıxarkən görüntüləndi

21 Noyabr 2019 16:58 (UTC+04:00)

Dünya şöhrətli model İrina Şeyk Nyu-York küçələrində gənc oğlanla görüntülənib.

İrina ilə gənc oğlanı izləyən jurnalistlər öncə günorta saatlarında küçədə, axşam saatlarında isə onları “Mercer Hotel”dən çıxarkən fotolarını çəkməyə nail olublar.

Yaraşıqlı gəncin seksual modellə dost və ya sevgili olmasını isə zaman müəyyən edəcək.

Qeyd edək ki, özündən populyarlıqda geri qalmayan sevgilisi, 41 yaşlı Bred Kuperlə ayrıldıqdan sonra İrina Şeyk mütəmadi olaraq qızı ilə gəzintiyə çıxarkən görüntülənib. Bu ərəfədə cazibədar modelin hər hansı bir kişi ilə birlikdə kameraya yaxalanması müşahidə olunmayıb. (Oxu.az)