Deputat Yevda Abramov xəstəxanaya yerləşdirildi

21 Noyabr 2019 17:49 (UTC+04:00)

Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.

Bu barədə APA-ya deputatın oğlu məlumat verib.

O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicə olunur”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.

AzNews.az