Rusiya Ankaraya şərtini açıqladı - Su-35 almaq üçün...

21 Noyabr 2019 19:35 (UTC+04:00)

Rusiya Türkiyəyə beşinci nəsil Su-57 qırıcıları alması şərtilə dördüncü nəsil Su-35 qırıcıları satacaq.

Bu sözləri “Rostex”in beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov deyib.

“Türkiyə müasir aerokosmik texnologiyalarının əldə edilməsinə çox diqqət yetirir. Onlar öz təyyarələri üzərində çalışırlar, öz təyyarələrini inkişaf etdirmək istəyirlər.

Bizim Türkiyənin Su-57 almağı da planlaşdırması şərtilə Su-35-lərlə bağlı ilkin danışıqlarımız var. Niyə də olmasın?

ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin çatdırılması planlarının ləğvini elan etməsindən sonra bu məsələyə birbaşa maraq yaranıb”, - Kladov bildirib.(oxu.az)

AzNews.az