Ermənistan Futbol Federasiyasının sədri istefa verdi

21 Noyabr 2019 20:01 (UTC+04:00)

Bu gün Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda AVRO-2020-nin seçmə mərhələsinin son turunda Ermənistan yığmasının İtaliyaya biabırçı məğlubiyyətindən sonra Ermənistan Futbol Federasiyasının sədri Artur Vanetsyanın istefa məsələsi müzakirə edilib.

İclasda A. Vanetsyanın istefası qəbul edilib.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin son turunda İtaliya öz meydanında Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, A. Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktorudur.(apa.az)

AzNews.az