Məktəb binasında 145 insan qalığı tapıldı

21 Noyabr 2019 22:32 (UTC+04:00)

ABŞ-ın Florida ştatında məktəb binasında 145 insan sümüyü tapılıb.

“BBC” xəbər verir ki, insan qalıqları georadarlar vasitəsilə Tamp şəhəri ərazisindəki məktəbdə aşkarlanıb.

1-1,5 metr dərinlikdə basdırılmış cəsədlərin XX əsrdə kasıbların dəfn edildiyi Ricvud qəbiristanlığına aid olduğu ehtimal edilir. Məlumata görə, dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub. Onlardan 80-i uşaqdır.

Qeyd edək ki, məktəb binasının altında qəbiristanlıq ola biləcəyi haqda məlumat oktyabrdan yayılıb. Bundan sonra mütəxəssislər axtarışlara başlayıblar.(qafqazinfo.az)

AzNews.az