Tramp İrana OD PÜSKÜRDÜ: Dünyanın xəbərdar olmayacağını düşünürlər

21 Noyabr 2019 22:59 (UTC+04:00)

"İranda vəziyyət o qədər qeyri-sabit hal alıb ki, rejim bütün internet sistemini dayandırıb".

AzNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

O bildirib ki, bununla böyük İran xalqı ölkə daxilində baş verən dəhşətli zorakılıqlardan danışa bilməyəcək.

"Onlar dünyanın İran rejiminin səbəb olduğu ölüm və faciədən xəbərdar olmayacağını düşünüb, SIFIR şəffaflıq istəyirlər".

....They want ZERO transparency, thinking the world will not find out the death and tragedy that the Iranian Regime is causing!

— Donald J. Trump (@realDonaldTrump) November 21, 2019

Pərvanə

AzNews.az