Tramp bu prezidenti ABŞ-a dəvət etdi

22 Noyabr 2019 09:17 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp əfqan həmkarı Əşrəf Qani ilə telefonla danışıb.

TASS-a istinadən xəbər verilir ki, danışıqlar zamanı Tramp Əfqanıstan prezidentini Vaşinqtona rəsmi səfərə dəvət edib.

Əfqanıstan liderinin mətbuat katibi Sedik Seddiki Tvitter hesabında qeyd edib ki, Əşrəf Qani bu təklifi qəbul edib.

Lakin səfərin tarixi barədə məlumat açıqlanmayıb.

AzNews.az