Sərkisyan Ermənistanı ilə Paşinyan Ermənistanı arasında fərq sürətlə silinir

22 Noyabr 2019 10:03 (UTC+04:00)

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda rusiyalı jurnalistlərlə görüşü zamanı bəzi acı etiraflarda bulundu. Məsələn, bildirdi ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistanın təhlükəsizliyini və gələcəyini təmin etmək baxımından prioritetdir. Yəni İrəvan üçün, ermənilər üçün əsas məsələdir.

Di gəl, Ermənistanın indiki rəhbərliyi gerçəyi etiraf eləsə də, problemdən çıxış yolunu sələfləri kimi, yanlış yöndə axtarır. Bu səbəbə Nikol Paşinyan Ermənistanı Serj Sərksiyan Ermənistanından indi, faktiki, fərqlənmir. “Məxməri” baş nazir ölkəni sosial-iqtisadi göstəricilərə görə qısa zamanda Sərkisyan dönəminə qaytarıb. Artıq leksikonlar da oxşamağa başlayıb. Paşinyanla “saqqallı Paşinyan” - Sərkisyan arasında fərq sürətlə silinir. Təbii ki, erməni xalqının ziyanına.

Görünür, bu səbəbdən uzun fasilədən sonra eks-prezident Serj Sərkisyanın artıq dili açılıb. Belə ki, məlumatlara görə, Xorvatiyada Avropa Xalq Partiyasının qurultayına qatılan Sərkisyan Paşinyan hakimiyyətini sərt tənqid edib (Modern.az).

Serj Sərksiyan ile ilgili görsel sonucu

“İnqilab adı ilə hakimiyyətə gələnlər il yarımda heç bir inqilabi dəyişiklik etməyiblər, nə xarici, nə də daxili siyasətdə irəliləyiş etməyiblər. Bundan əlavə, ölkədə təhlükəli, demokratik proseslərə, konstitusion əsaslara təhlükə yaradan hadisələr baş verir. Hakimiyyətin balanslaşdırılması və bölünməsi prosesi getmir. Çoxsaylı faktlar məhkəmə sistemində müstəqilliyin pozulduğunu göstərir. Siyasi təqiblər həyata keçirilir” - Sərkisyan deyib.

Sabiq prezident ardınca cəmiyyətdə nifrətin hakim olduğunu, müxalifətin siyasi motivlərlə təqib edildiyini söyləyib. Sözünə davam edən Sərkisyan bildirib: “Ötən il istefa verdim ki, mənim xalqım daha yaxşı dövlət qursun. Amma bu gün məni hakimiyyəti populistə verdiyim üçün qınayan insanların səsi daha yüksəkdən gəlir”.

*****

Paşinyan ile ilgili görsel sonucu

Guya Sərkisyanın hakimiyyəti dövründə Ermənistanda daha yaxşı idarəçilik, yaxşı həyat tərzi mövcud olubmuş, təməl insan haqları qorunub, seçkilər total şəkildə saxtalaşdırılmayıbmış. Ölkədən xaricə, hətta “düşmən Türkiyə”yə çörək pulu dalınca kütləvi köç də olmayıbmış. Halbuki Paşinyan ölkəni Sərkisyandan necə təhvil almışdısa, elə o cür də qalır.

Başqa sözlə, Sərkisyanın özündən razı danışması və nə deməsindən asılı olmayaraq, ermənilər üçün acı gerçək belədir ki, Ermənistanda “məxməri inqilab” baş versə də, hakimiyyətə guya demokratlar, “təmiz qüvvələr” gəlsə də, işğalçı ölkənin və onun xalqının vəziyyəti yaxşıya dəyişməyib. Nikol Paşinyan nə qədər boğazdan yuxarı bəyanatlar versə də, iqtidara olduğu 1 il 7 ayda situasiya yaxşıya dəyişməyib. Çünki bundan ötrü Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadası götürülməli, blokadanın ləğvi üçünsə Qarabağ probleminin həllində kardinal dönüş olmalıdır.

Qısası, bu gün Sərkisyan Ermənistanı ilə Paşinyan Ermənistanı arasında erməniləri sevindirəcək fərq qalmayıb. Bu fərqi yalnız Azərbaycan yarada bilər. Sərhədləri, yolları, kommunikasiyaları açmaqla, qonşu ölkəni iri regional layihələrə cəlb eləməklə, Gürcüstan kimi Ermənistana investisiyalar yatırmaqla - hansı xarici sərmayəni ki, Paşinyan ikinci ildir səbirsizliklə gözləyir. Bunların heç biri olmayınca ermənilər yaxşı həyatı Ermənistandan kənarda axtarmalı olacaqlar.

*****

Bu da qənaətimizi təsdiqləyən yeni dəlil-sübutlar.

İrəvanda dərc olunan “Joxovurd” qəzeti bugünlərdə yazıb ki, ermənilər artıq pomidor, xiyar və kartof kimi gündəlik istehlak edilən məhsulları özləri becərmir, idxal etməyə üstünlük verirlər. Məsələn, statistikaya görə, 2019-cu ilin birinci yarısında (Paşinyan dönəmində) Ermənistana 3 min 496 ton pomidor idxal edilib ki, onun da əsas hissəsi - 2 min 756 tonu Türkiyədən gətirilib.

Yəni türkləri xoşlamayan ermənilər yemək vaxtı bu nifrəti unudub məmnuniyyətlə türk pomidoru yeyirlər.

Statistika həmçinin Paşinyan dönəmində Ermənistandan kənd əhalisinin azaldığını və buna görə ölkəyə xas olan məhsulların istehsalının aşağı düşdüyünü ortaya çıxarıb. Ermənistanda təxminən 840 kənd var və onun 300 kəndi artıq boşalıb. Proses “məxməri” Ermənistanda da davam edir...

*****

Merilenddəki Amerika Dini Mərkəzində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ile ilgili görsel sonucu

Əlavə edək ki, ötən həftə Merilenddəki Amerika Dini Mərkəzində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərin gerçək kimliyindən danışaraq, onların keçmişdə köçəri həyat tərzi keçirdiklərini, Ermənistanın isə “dünənki dövlət” olduğunu demişdi. Onu da demişdi ki, hazırda Türkiyədə 100 min erməni yaşayır və onun 60 mini Türkiyənin vətəndaşı, yerdə qalanı - 40 min isə Ermənistandan olan əmək miqrantlarıdır.

Türkiyə dövləti hələ ki humanistlik göstərərək, həmin 40 min əmək miqrantını Ermənistana qaytarmır. Bu azmış kimi, üstəlik, ermənilər məmnuniyyətlə türk pomidoru yeyirlər. Nankorluğun buynuzu olmur ki. O da aydındır ki, Türkiyədəki erməni miqrantlar geri qaytarılsa belə, yüz faiz Ermənistana getməyəcəklər. Niyə getsinlər ki, əgər artıq Paşinyan Ermənistanının Sərkisyan Ermənistanından fərqi qalmayıbsa... (Musavat.com)