Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçiriləcək.
AzNews.az xəbər verir ki, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürülən namizədlərin müzakirəsi aparılacaq.
Prezident İlham Əliyev bu vəzifəyə 3 nəfərin namizədliyini irəli sürüb. Onlar aşağıdakılardır: Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
Xatırladaq ki, Səbinə Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, eləcə də də Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.
Bahar RÜSTƏMLİ
AzNews.az