Dəhşət:Hamilə qadın restoranda vəhşicəsinə döyüldü - ANBAAN VİDEO

22 Noyabr 2019 11:05 (UTC+04:00)

Avstraliyanın Sidney şəhərində dəhşətə gətirən hadisə baş verib.

AzNews.az xəbər verir ki, 38 həftəlik hamilə olduğu bildirilən qadın rəfiqələri ilə birlikdə yemək yediyi restoranda hücuma məruz qalıb.

Hicablı qadına yaxınlaşan 43 yaşlı kişi qəfildən onu döyməyə başlayıb.

Restoranın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan videoda kişinin hamilə qadına nəsə dediyi, daha sonra isə onu yerə yıxaraq təpiklədiyi görünür.

Xəstəxanaya aparılan qadın müalicə olunmağa başlayıb. Bətnindəki körpənin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Sözügedən qorxunc hadisənin görüntülərini təqdim edirik:

Aynur

AzNews.az