Bakıda 55 yaşlı kişi “Razin dağı”ndan yıxılaraq öldü

22 Noyabr 2019 11:10 (UTC+04:00)

Bakıda ölüm hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Əhmədov Sərvər Ənvər oğlu Bakıxanov qəsəbəsindəki “Razın dağı” adlanan ərazidən sürüşərək yıxılıb.

S. Əhmədov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az