Türkiyə Almaniya teraktının təşkilatçısını yaxaladı - Soylu

22 Noyabr 2019 12:39 (UTC+04:00)

Rusiya və Almaniyada teraktların təşkilatçısı olan İŞİD döyüşçüsü Suriyada Türkiyə tərəfindən saxlanılıb.

Bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

Terrorçunun Azez şəhərində ələ keçirildiyi bildirilib.

Soylu onun Cihad əd-Din ən-Nasir olduğunu söyləyib. O, ələ keçirilən şəxsin bomba hazırlığı, döyüşçülərin tapılması və kamikadze şəbəkəsinin formalaşmasında iştirak etdiyini bildirib.

Nasirin 2018-ci il Rusiyada və Almaniyanın Hamburq şəhərindəki teraktlar təşkil etdiyi vurğulanıb. (Axar.az)

AzNews.az