Tovuzda 10 yaşlı qız itkin düşdü - TƏFƏRRÜAT

22 Noyabr 2019 16:04 (UTC+04:00)

Tovuz rayonunda azyaşlı itkin düşüb.

Rayondakı mənbələrdən verilən məlumata görə, Tovuz rayon Dondar-Quşçu kənd sakini olan 10 yaşlı Quliyeva Nərmin Şərif qızı qonşuda keçirilən toy mərasimi zamanı itib.

Belə ki, ailəsi ilə şənliyə qatılan qıza atası qalın gödəkçəsini gətirməyi tapşırıb. Qız evlərinə gedərək gödəkçəni götürüb, lakin toy evinə gedib çatmayıb. Qızının gəlmədiyini görən ata evdəkilərlə əlaqə saxlayıb, onun toy evinə getmək üçün evdən çıxdığını öyrənib. Bundan sonra şənliyə toplaşan qohum-qonşularla birlikdə qızı axtarsalar da, tapa bilməyiblər. Ailə polisə müraciət edib.

Tovuz rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin tam heyətlə qatıldığı axtarışlar hələ də nəticə verməyib. (Musavat.com)

63ac6cd9-fea8-408b-8bae-80d1232c9940.jpg (108 KB)

AzNews.az