Bu ölkədə bahalı dərmanlar kreditlə satılacaq

22 Noyabr 2019 18:28 (UTC+04:00)

Rusiyada ilk dəfə olaraq bahalı dərmanların kreditlə satılması imkanı yaradılıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə yerli “Samson farma” apteklər şəbəkəsi xəbər yayıb.

6-12 ay müddətinə veriləcək kreditin maksimum məbləği 300 min rubl (8000 AZN) nəzərdə tutulub.

Rusiyalı ekspertlər hesab edirlər ki, farmaseptik bazarda kredit layihəsi müasir bank texnologiyaları istiqamətinə doğru müsbət addımdır.(oxu.az)

AzNews.az