İspaniya polisi 13 çamadan kokain müsadirə etdi

22 Noyabr 2019 20:20 (UTC+04:00)

İspaniyanın Valensiya şəhər polisi böyük həcmdə narkotik vasitə müsadirə edib.

Bu barədə İspaniya Milli Polisinin məlumatında deyilir.

Məlumata əsasən, ümumi çəkisi 426 kiloqram olan 13 çamadan kokain Kosta-Rikadan gələn gəminin kokos lifləri yüklənmiş konteynerində gizlədilibmiş.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı altı nəfəri, o cümlədən yükü gətirən idxalçı firmanın menecerini, onun həyat yoldaşını və konteyneri boşaldan dörd nəfəri saxlayıb.

Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb.(AZƏRTAC)

AzNews.az