26 yaşlı oğlan qızdırmadan öldü

22 Noyabr 2019 20:33 (UTC+04:00)

Bərdə rayonunda 26 yaşlı oğlan qızdırmadan ölüb.

Rayonun Qaradəmirci kənd sakini, 1993-cü il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az