Selfi çəkdirmək istəyən Berluskoni xəstəxanalıq oldu

22 Noyabr 2019 21:36 (UTC+04:00)

İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoni Zaqrebdə Avropa Xalq Partiyasının konqresi zamanı yıxılıb və xəstəxanaya yerləşdirilib.

“RİA Novosti” xəbər verir ki, 83 yaşlı Berluskoni onunla selfi çəkdirmək üçün insanların sıxlıq yaratması səbəbindən yıxılıb. Keçmiş Baş Nazirin omba, körpücük sümüklərinin sındığı xəbərləri yayılsa da, Berluskonin qərargahından verilən açıqlamada məlumat təkzib olunub.

Siyasətçinin yüngül zədələr aldığı qeyd edilib.(qafqazinfo.az)

AzNews.az