“Qarabağ”ın 390 günlük rekord seriyası qırıldı

22 Noyabr 2019 21:48 (UTC+04:00)

Ağdamın “Qarabağ” klubunun Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Qurban Qurbanovun yetirmələri XII turun “Sumqayıt”la səfər matçında 1:2 hesabı ilə uduzub.

Bu, Ağdam klubunun mövsümdə ilk məğlubiyyəti olub. Ümumilikdə isə “Qarabağ” 31 oyun idi uduzmurdu. Bu, Azərbaycan çempionatları tarixinin rekordudur.

Q.Qurbanovun komandası cari mövsümün 12, ötən mövsümün son 19 görüşündə xalsız qalmamışdı. 390 gündən sonra uduzan “Qarabağ” sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı yenilmişdi.(apasport.az)

AzNews.az