İlham Əliyevlə Putinin görüşü olacaq

22 Noyabr 2019 22:27 (UTC+04:00)

Rusiyanın dövlət başçısı Vladimir Putin Prezident İlham Əliyevlə görüşəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Kreml rəhbəri Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə deyib. Putinin sözlərinə görə, görüş dekabrın 20-də baş tutacaq:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyik”.

Əliyeva da öz növbəsində İlham Əliyevin Putinə salamını söyləyərək “Azərbaycan Prezidentinin də sizə uyğun vaxtda ölkəmizə dəvətini çatdırıram” deyib.

Qeyd edək ki, dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinə daxil olmayan MDB ölkələrinin dövlət başçılarının iqtisadi birliyin qeyri-rəsmi sammitində görüşü keçiriləcək.(qafqazinfo.az)

AzNews.az