Binəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb

23 Noyabr 2019 02:30 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon ərazisində iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən birinin - "Nissan"ın sürücüsü, 27 yaşlı Əlizadə Fatimə Əli qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. (report)

AzNews.az