ABŞ iranlı naziri "qara siyahı"ya salıb

23 Noyabr 2019 03:23 (UTC+04:00)

ABŞ hökuməti İranın informasiyalar və kommunikasiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromiyə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ-ın Maliyyə Departamenti məlumat yayıb.

Qeyd edilir ki, belə addım nazirin ölkədəki internet üzərində geniş nəzarəti və senzuranın tətbiqindəki rolu nəzərə alınmaqla atılıb. (“Report”)

AzNews.az