Kianu Rivz gizli nişanlanıb – Toya hazırlıq gedir

23 Noyabr 2019 04:39 (UTC+04:00)

Məşhur Hollivud aktyoru Kianu Rivz 46 yaşlı rəssam Aleksandra Qranta evlilik təklif edib.

Amerikanın “OK!” jurnalının əldə etdiyi məlumata əsasən, cütlük yaxın zamanlarda gizli şəkildə nişanlanıb.

Aktyorun yaxın dostunun sözlərinə görə, 55 yaşlı Rivz evlilik təklifi etməmişdən öncə evini güllər və şamlarla bəzəyib.

Kianu romantik şam yeməyi zamanı Frenk Senatranın kompozisiyası altında Aleksandradan ona ərə getməyini xahiş edib, rəssam isə təklifi qəbul edib.

Yerli KİV bildirir ki, cütlük toya hazırlaşır. Rivz və Qrantın gələn il Malibuda toy edəcəyi ehtimal olunur. Tədbirə cəmi 70 nəfərin dəvət olunmağı planlaşdırılır.

Qeyd edək ki, Kianu Rivz bu məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib. (oxu.az)

AzNews.az