Tovuzda 2 otaqlı ev yanıb

23 Noyabr 2019 06:58 (UTC+04:00)

Tovuzda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Ağdam kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.