F-35-ləri ala bilməsək... - Akardan vacib açıqlama

23 Noyabr 2019 11:42 (UTC+04:00)

F-35-ləri ABŞ-dan ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq.

Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, F-35-lər ölkənin müdafiəsi və təhlükəsizliyi üçün vacib vasitədir:

“Biz S-400-dən əvvəl Patriot almaq istədik, amma bu, mümkün olmadı. Mümkün olmadıqda isə Rusiyadan S-400-ləri aldıq. Amma hələ də F-35-i almaq bizim üçün vacib məsələlərdən biridir. Çünki ölkəmizin təhlükəsizliyinin təmini baxımından F-35 önəmli bir silahdır. Ona görə də biz onu almaq üçün bütün vasitələrdən istifadə edəcəyik”. (Axar.az)

AzNews.az