Hakan Şükür Arif Erdemin yerini bildirdi

23 Noyabr 2019 21:40 (UTC+04:00)

FETÖ terror təşkilatına üzv olmaqda təqsirli bilindiyi üçün Türkiyədən qaçan Arif Erdemin yeri müəyyənləşib.

Onun harada olduğu eyni səbəblə ABŞ-a sığınan Hakan Şükürün sosial şəbəkədə etdiyi paylaşımdan sonra bəlli olub.

Belə ki, "Qalatasaray"ın sabiq futbolçusu tvitterdə "Qalatasaray"-"Başakşehir" matçını Arif Erdemlə birgə izlədik" yazıb. O, Ariflə yutub kanalı vasitəsiylə oyunu şərh edəcəklərini bildirsə də, keçmiş komanda yoldaşı yayıma qatılmayıb.(qafqazinfo.az)

AzNews.az