Çində 5,2 bal gücündə zəlzələ oldu

25 Noyabr 2019 08:47 (UTC+04:00)

Çinin Quansi Cuan muxtar bölgəsində 5,2 bal gücündə zəlzələ olub.

Ölkənin Seysmologiya Mərkəzi bu barədə məlumat yayıb. Bildirilir ki, bölgənin Baysı şəhərində yerli vaxtla səhər 9:18-də qeydə alınan zəlzələnin ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Yerli mətbuat zəlzələnin törətdiyi dağıntı nəticəsində bir nəfərin öldüyünü yazır.

AzNews.az