Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş olunub.
AzNews.az xəbər verir ki, səhnə əsərində Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və başqaları iştirak ediblər.
Opera Əməkdar artisti Əyyub Quliyev tərəfindən idarə edilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera 2013-cü ildə tamaşaya qoyulub.
Bahar RÜSTƏMLİ
AzNews.az