Azərbaycanlı iştirakçı Günay Bəylərqızı “O səs Türkiyə” jürilərini öz səsi ilə heyran edib.
33 yaşlı ifaçı Türkiyədə səsə daha çox dəyər verildiyi üçün layihəyə qatıldığını deyib:
”Səhnəyə çıxanda bütün problemlərimi, pis anlarımı unuduram. 4 jürini də döndərəcəyimi düşünürəm. Səsimi bütün dünyaya eşitdirmək istəyirəm”.
Daha sonra həmyerlimiz səhnəyə çıxaraq “Saçlarını yol” gətir” mahnısını ifa edib. O, ilk saniyələrdən 4 jürini də döndərə bilib.
Studiyadakıların istəyi ilə ikinci dəfə mahnını oxuyan Günay Murad Bozun komandasında yarışmaq istədiyini deyib.
AzNews.az