İki gündür xəbər yox idi, görün hardan tapıldı...

25 Noyabr 2019 17:10 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində qəribə hadisə baş verib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, mənzilində tək yaşayan 59 yaşlı Ali Haydar Ertaştdan səs çıxmadığını görən qonşuları narahatlıq keçirib. Onlar durumu polisə bildiriblər.

Polis xilasetmə dəstələrinin yardımı ilə pəncərədən girərək mənzilə baxış keçirib və evdə kimsənin olmadığını görüb.

Sonradan Ertaşın Eskişehirə, qohumlarına qonaq getdiyi məlum olub.

Polis, xilasetmə və sağlamlıq qrupları protokol yazaraq ərazini tərk edib.

Səidə Vahid

AzNews.az