Çarli Çaplin Bakıda anılacaq

26 Noyabr 2019 09:10 (UTC+04:00)

Dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illik yubileyinə həsr olunmuş bədii gecə keçiriləcək. AzNews.az xəbər verir ki, tədbir noyabrın 28-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Yubileydə aktyorun həyat və yaradıcılığından danışılacaq və filmlərdən fraqmentlər nümayiş olunacaq.

Bahar

AzNews.az