Türk kinosunun böyük uğuru: Haluk Bilginər “Emmi” qazandı

26 Noyabr 2019 10:36 (UTC+04:00)

Builki beynəlxalq “Emmi” mükafatının qaliblərindən biri türkiyəli məşhur aktyor Haluk Bilginər olub.

H.Bilginər “Ay Yapım” media şirkətinin istehsalı olan 12 seriyalı “Şəxsiyyət” serialında canlandırdığı baş rola görə “ən yaxşı kişi aktyor” nominasiyasında mükafata layiq görülüb.

H.Bilginər “Emmi” mükafatını qazanan ilk türk aktyor kimi tarixə düşüb.

Bu il mükafata ümumilikdə 21 ölkədən 11 kateqoriya üzrə 44 namizəd təqdim olunub.

Qeyd edək ki, 1949-cu ildən keçirilən “Emmi” mükafatı televiziyanın müxtəlif sahələrini əhatə edir. (Kult.az)

AzNews.az