Bahalı avtomobil sürənlərə vergi tətbiq olunacaq

21 May 2013 19:40 (UTC+04:00)



Rusiya Dövlət Dumasında 5 milyon rubldan (152 min dollar) daha bahalı avtomobil sürən insanlara qarşı tətbiq olunan vergilər xeyli artırılmasına nəzərdə tutan qanuna baxılır.

Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Dövlət Dumasına təqdim edilən qanun layihəsinə görə, 5-10 milyon rubla alınan avtomobillərə özünün qiymətinin iki qatında vergi tətbiq olunacaq.

10-15 milyon rubla avtomobil alanlar isə onun qiymətinin üç qatında vergi ödəməli olacaq.

Maliyyə nazirinin müavini Stanislav Şatalin bildirib ki, ötən il ölkə prezidenti Vladimir Putin dəbdəbəli malikanə və avtomobillərə daha çox vergi tətbiq etmək yolları barədə düşünməyə çağırmışdı.//xezerxeber//

AzNews.az