İran Ermənistana köhnə un göndərib
21 May 2013 19:59 (UTC+04:00)
İrandan Ermənistana gələn un maşını saxlanılıb. Problem iki ölkə arasındakı sərhəd keçid məntəqəsində qeydə alınıb. Un kisələri ilə dolu yük maşınının saxlanmasına səbəb unun istifadəyə yararsız olması göstərilir.
Erməni mətbuatının məlumatına görə, yük maşınıdakı undan götürülən nümunələr analiz edilib. Ermənistan Milli Təhlükəsizlik Nazirliyi 20 tona yaxın unun istifadəyə yararsız olduğunu bildirərək onun ölkəyə idxalnın qarşısını alıb. Buna görə də un maşını İrana geri qaytarılıb.
Elnarə
AzNews.az