Bakıda binada yanğın oldu

26 Noyabr 2019 23:07 (UTC+04:00)

Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin bir otağında televizor və ev əşyaları 2 kv.m sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az