Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Bu barədə AzNews.az “Faktor”a istinadən xəbər verir.
Bildirilir ki, xəsarət alanların da sayı 659 nəfərə çatıb.
Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Ona görə də ölənlərin sayının artacağı istisna deyil.
Xatırladaq ki, dünən gecə saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ baş verib.