Rusiya prezidenti Vladimir Putinin valideynləri onun idmanla məşğul olmağının əleyhinə olublar. Lakin Rusiya liderinin ilk məşqçisi Anatoli Raxlin onları yola gətirməyi bacarıb.
AzNews.az-ın məlumatına əsasən, bu barədə Putin Raxlinə həsr olunmuş “Məşqçi” filmində danışıb.
Dövlət başçısının sözlərinə əsasən, valideynləri idmanın oğullarını dərslərdən yayındırdığını düşündükləri üçün, onun sambo ilə aktiv məşğul olmağını istəmirdilər.
“Onlar deyirdilər ki, bu, axı, demək olar, davadır, ona görə də sambo ilə məşğul olmamalısan”, - deyə Putin bildirib.
O qeyd edib ki, Raxlin şəxsən evlərinə gələrək, valideynlərini idmanın onların övladlarına dərslərində kömək edəcəyinə, eləcə də onun fiziki durumunu yaxşılaşdıracağına və “həyatda da kömək edəcəyinə” inandırıb.
RSFSR-nin əməkdar məşqçisi və Rusiyanın əməkdar bədən tərbiyəsi işçisi Raxlin2013-cü ildə dünyasını dəyişib. O, Putinin 11 yaşından məşqçisi olub.
AzNews.az